Fərid ölkədən niyə getdi "Uşağa hər yerdə qadağa qoyublar"


Şou-biznes 06 Noy 2019 14:33:00 294 0

Fərid ölkədən niyə getdi  "Uşağa hər yerdə qadağa qoyublar"

Əməkdar artist Aybəniz Haşımova "Eurovision 2013" təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Fəridin bezib getdiyini söyləyib:

"Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?

Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib".