Müsavat funksioneri də "Real" partiyası sədrinin avtoritar təklifini pislədi


Digərləri 06 Noy 2019 13:37:00 235 0

Müsavat funksioneri də "Real" partiyası sədrinin avtoritar təklifini pislədi

"Real"a həmişə rəğbətlə yanaşmışam, orada xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var. Amma təəssüf...

Bakı. Samir Əli - "Real"a həmişə rəğbətlə yanaşmışam, orada xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var. Amma təəssüf... Trend-in məlumatına görə, bunu Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı "Real" partiyası Məclisinin başqanı Azər Qasımlının partiyadan istefa verməsinə münasibət bildirərkən deyib. Müsavat funksioneri bildirib: "Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı". Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin