Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub


Digərləri 06 Noy 2019 14:42:00 240 0

Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91 faiz artaraq 2,2 milyard manat təşkil edib

Bakı. Eldar Canaşvili - 2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91 faiz artaraq 2,2 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib. O bildirib ki, Azərbaycanda elektron ticarət sahəsi sürətlə artır və bu artım həmin sahənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini sürətləndirə bilər.