"Samur" gömrük postunda yük maşınlarının keçmə prosesinin müntəzəmliyi bərpa olunub


Digərləri 06 Noy 2019 15:01:00 210 0

"Samur" gömrük postunda yük maşınlarının keçmə prosesinin müntəzəmliyi bərpa olunub

"Samur" gömrük postunda yük nəqliyyat vastələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub

Bakı. Xəbər verdiyimiz kimi, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir. Yaranmış sıxlığın aradan qaldırılması məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq Federal Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yük nəqliyyat vastələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub. İlk növbədə kənd təsərrüfatı və tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi təmin edilir.