Mənzildən bahalı geyimlər oğurlayan keçmiş məhkum saxlanıldı


Digərləri 06 Noy 2019 11:31:00 273 0

Mənzildən bahalı geyimlər oğurlayan keçmiş məhkum saxlanıldı

Noyabrın 4-də Hacıqabul rayon sakini bir qadın DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və Hacıqabul RPŞ-yə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.