"Deyəsən, çox kişi görmüsən, ərəblərin mövsümü gəlir"


Şou-biznes 06 Noy 2019 11:49:00 230 0

"Deyəsən, çox kişi görmüsən, ərəblərin mövsümü gəlir"

Müğənni Nadir Qafarzadənin "Bəzi müsəlman adını daşıyan müğənnilərimiz, xristian qadından qadınlığı öyrənin" sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin bir neçə gün əvvəl Əməkdar artist Manana ilə paylaşdığı şəklə yazdığı şərh qısa zamanda sosial şəbəkədə yayılıb. Hər kəs Qafarzadəni bu fikirlərinə görə, təhqir və tənqid edib.

Müğənni saytımızın İnstaqram səhifəsində ona təhqir yazanlara cavab verib. O, bir çoxlarının ünvanına qeyri-etik fikirlər yazıb.