Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO)


Digərləri 06 Noy 2019 11:43:00 174 0

Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO)

Ölkədə nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır.

Bakı. Ölkədə nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır. Trend-in məlumatına görə, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi geniş spektrli sahələri əhatə edir: