Siyavuş Novruzov: "Müxalifətin dəyirmi masası sünidir və sadəcə, gündəmə gəlmək cəhdidir"


Siyasət 06 Noy 2019 11:40:00 46 0

Siyavuş Novruzov: "Müxalifətin dəyirmi masası sünidir və sadəcə, gündəmə gəlmək cəhdidir"

Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə gündəmə gəlmək cəhdidir. Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: "İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz.

Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.

İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu "demokratlar" Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər".

S.Novruzov vurğulayıb ki, o vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır: "Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?

Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, "İsa Qəmbər genetik xəstədir". İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.

Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, "mən qanundan üstünəm". Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.

Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar".

S.Novruzov vurğulayıb ki, bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir: "Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq".

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir like
  • 06 Noy 11:38  
Digərləri Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir

Milli Məclisin daha beş komitəsinin birgə iclasında 2020-ci ilin dövlət b

arrow Ətraflı
Berenlə Kənan uzun müddət sonra bir arada  FOTO like
  • 06 Noy 11:35  
Digərləri Berenlə Kənan uzun müddət sonra bir arada FOTO

Uzun müddətdir boşanacaqları barədə xəbərlə Türkiyə mətbuatının g

arrow Ətraflı
Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir like
  • 06 Noy 11:33  
Digərləri Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir

Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa

arrow Ətraflı
Mənzildən bahalı geyimlər oğurlayan keçmiş məhkum saxlanıldı like
  • 06 Noy 11:31  
Digərləri Mənzildən bahalı geyimlər oğurlayan keçmiş məhkum saxlanıldı

Noyabrın 4-də Hacıqabul rayon sakini bir qadın DİN-in "102 Zəng Mərk

arrow Ətraflı
Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub like
  • 06 Noy 11:27  
Digərləri Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) elan yayıb.

arrow Ətraflı
Bakıda erməni mahnısı səsləndirib video paylaşan şəxslər saxlanıldılar like
  • 06 Noy 11:25  
Digərləri Bakıda erməni mahnısı səsləndirib video paylaşan şəxslər saxlanıldılar

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan ş

arrow Ətraflı
Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb like
  • 06 Noy 11:22  
Digərləri Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb

Bakıda keçirilən 4-cü Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Bank

arrow Ətraflı
Üç illik evlilik bitir like
  • 06 Noy 11:22  
Digərləri Üç illik evlilik bitir

2016-cı ildə ailə quran Türkiyənin məşhur müğənnisi İşın Karaca bo

arrow Ətraflı
BŞBPİ: Bakıda erməni mahnısı səsləndirib video paylaşan şəxslər saxlanıldı like
  • 06 Noy 11:18  
Digərləri BŞBPİ: Bakıda erməni mahnısı səsləndirib video paylaşan şəxslər saxlanıldı

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan ş

arrow Ətraflı
Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb like
  • 06 Noy 11:14  
Digərləri Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola dü

arrow Ətraflı
55 yaşlı aktyor illər sonra sevgilisi ilə  FOTO like
  • 06 Noy 11:13  
Digərləri 55 yaşlı aktyor illər sonra sevgilisi ilə FOTO

Dünyanın ən sevilən aktyorlarından olan Kianu Rivs illər sonra sevgilisi i

arrow Ətraflı
İrina şəffaf libasda qüsursuz bədənini nümayiş etdirdi  FOTO like
  • 06 Noy 11:08  
Digərləri İrina şəffaf libasda qüsursuz bədənini nümayiş etdirdi FOTO

Rusiyalı model İrina Şeyk alt paltarı brendlərindən birinin siması olub.

arrow Ətraflı
Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb like
  • 06 Noy 11:07  
Digərləri Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola dü

arrow Ətraflı
BakıTbilisiQars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir like
  • 06 Noy 11:04  
Digərləri BakıTbilisiQars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir

arrow Ətraflı