55 yaşlı aktyor illər sonra sevgilisi ilə FOTO


Digərləri 06 Noy 2019 11:13:00 318 0

55 yaşlı aktyor illər sonra sevgilisi ilə  FOTO

Dünyanın ən sevilən aktyorlarından olan Kianu Rivs illər sonra sevgilisi ilə qırmızı xalıda əl-ələ görüntülənib.

Son.az axşam.az-a istinadən bildirir ki, 55 yaşlı sənətçi sevgilisi Aleksandr Qrant ilə Los-Anceles sənət muzeyi tərfindən təşkil edilən "LACMA ART" adlı tədbirə qatılıb. Cütlük bütün gecə bir-birlərinin əllərini buraxmayıblar. Onların nə vaxtdan sevgili olduqları isə məlum deyil.

Qeyd edək ki, aktyorun ən çox danışılan münasibəti Cennifer Saymla olmuşdu. Cütlüyün bir övladı olacaqdı, ancaq Cenniferin hamiləliyi yarımçıq pozulmuşdu. Hadisədə iki il sonra isə o, avtomobil qəzasında dünyasını dəyişmişdi. Ondan sonra aktyorun adı həmkarları Sandra Ballok və Amanda De Kadenet ilə hallansa da Rivs hər dəfə sadəcə dost olduqlarını bildirmişdi.

(adsgarden = window.adsgarden || []).push({});