Bakıda IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb


Digərləri 06 Noy 2019 10:45:00 285 0

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb

Bu gün Bakıda IV Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum regionda ən mötəbər maliyyə və bank tədbirlərindən biridir.

forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşdırma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahələrindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcədə digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.