Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir - Nazirlikdən ÖZƏL


Digərləri 06 Noy 2019 10:43:00 192 0

Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir - Nazirlikdən ÖZƏL

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir.

Bakı. Rufiz Hafizoğlu - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir. Bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu Marmara tuneli vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bunu bariz nümunəsi də bu gün Çindən gələn, BTQ vasitəsilə Avropaya hərəkət edən "China Railway Express" yük qatarıdır: "Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmaqla Asiya və Avopanı birləşdirə bildi". Qeyd edək ki, bu gün Ankarada Çindən Avropaya BTQ vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarının qarşılanması münasibətilə təntənəli mərasim keçiriləcək.