Azərbaycan şahmatında tarixi bir gün (FOTO)


Digərləri 06 Noy 2019 10:30:00 263 0

Azərbaycan şahmatında tarixi bir gün (FOTO)

Azərbaycan şahmatçıları komanda yarışında Çempion olaraq qızıl medallara sahib olublar

Bakı. Türkiyənin Çorum vilayətində 48 ölkənin iştirakı ilə keçirilən yeniyetmələrin Şahmat Olimpiadasında ilk dəfə Azərbaycan şahmatçıları komanda yarışında Çempion olaraq qızıl medallara sahib olublar. Komandamız son turda Çin komandasını 2,5-1,5 hesabı ilə qalib gəlib. Qələbə xalını komandamıza Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı Elşən Sülymanlının övladı Aydın Süleymanlı gətirib. Belə ki, Aydın Süleymanlı 9 oyundan 7 xal toplayaraq 5 qələbə xalı əldə edib. Daima Korporativ Sosial Məsuliyyət layihələrində aktiv iştirak edən Veysəloğlu Şirkətlər Qrupu 8 yaşından yerli və beynəlxalq yarışlarda iştirak edən Aydın Süleymanlıya həm maddi, həm də mənəvi dəstək olub. Aydın Süleymanlı isə bu etimadı yüksək nəticələr əldə edərək doğruldub. Qeyd edək ki, Aydın Süleymanlı 12 oktyabrda Hindistanın Mumbai şəhərində 14,16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında birinciliyi əldə edib.