Ermənilər Qarabağ pulu hazırlayırlar FOTO


Dünya 06 Noy 2019 10:16:31 327 0

Ermənilər Qarabağ pulu hazırlayırlar  FOTO

Fransa və Almaniyadakı ermənilərin diaspor təşkilatı Dağlıq Qarabağdakı separatçı rejimin reklamı məqsədilə 0 euroluq əskinası satışa hazırlayırlar.

Son.az bidirir ki, suvenir kimi sifariş olunan əskinas Almaniyada, "Euro-souvenirscheine" şirkətinə sifariş verilib. Əskinaslar 5 min tirajla noyabrın 11-də satışa çıxarılacaq.

"AMAB-2019-1" saylı sifarişlə hazırlanan suvenir əskinasların üzərində "Artsax Respublikası" yazısı və ermənilərin Xankəndidə ucaltdıqları abidənin rəsmi var.

Müşayiət yazısında "Dağlıq Qarabağın Azərbaycan işğalından qurtularaq müstəqil dövlət" olduğu yazılır.