"Bu, o deməkdir ki, getsin öz işiylə məşğul olsun"


Şou-biznes 06 Noy 2019 09:51:00 273 0

"Bu, o deməkdir ki, getsin öz işiylə məşğul olsun"

Bir sual verəcəm, amma əsəbiləşməyin. Bu sualı hökmən verməliyəm. Tacir bəy duet ortağınız olub. O deyir ki, Fədayə xanımla duet oxuyacam. Siz nə deyərdiniz bu məsələyə?

Son.az xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"in efirində bir həftədir azadlığa çıxan Fədayə Laçına canlı telefon bağlantısı zamanı müraciət edib.

Fədayə Tacirlə duet söz-söhbətinə aydınlıq gətirib:

- Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. "Rədd cavabı" sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin öz işiylə məşğul olsun. Mən elə deməmişəm. 

Tacir müəllim deyir ki, mən onun yanına gedib-gəlmək istəyirdim. Dedilər yanına ailəsi gedir, başqa adamı buraxmırlar

- Düz deyir. Ora heç kimi buraxmırdılar. Onunla mənim aramda heç vaxt elə bir problem olmayıb. 

Onun gəlməyini, türklər demiş, özlədinizmi, umdunuzmu?