Afət “üzdəniraq” adlandırdığı Aqşinlə yanyana FOTO


Şou-biznes 06 Noy 2019 09:55:00 254 0

Afət “üzdəniraq” adlandırdığı Aqşinlə yanyana  FOTO

Bir müddət öncə qalmaqal yaşayan meyxanaçı Aqşin Fateh və müğənni Afət Fərmanqızı Rusiya toylarının birində yan-yana gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, onlar birlikdə şəkil çəkdirərək, sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, A.Fateh "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" ifadəsinə Afət sərt reaksiya vermiş, meyxanaçının ünvanına "Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin" sözlərini işlətmişdi.