Bir evdən 4 cəsəd tapıldı


Dünya 06 Noy 2019 09:33:00 320 0

Bir evdən 4 cəsəd tapıldı

Türkiyədə dəhşətli hadisə baş verib.

Son.az haberler-ə istinadla xəbər verir ki, İstanbulun Fatih rayonundakı Molla Gürani məhəlləsindəki evdən 4 nəfərin cəsədi tapılıb.

Ölənlərdən 2-si qadın, 2-si isə kişidir. Onlardan yaşca ən kiçiyinin 48 yaşı var.

Yaxın qohumların ölüm səbəbi kimyəvi maddədən zəhərlənmədir. Belə ki, qonşular qapıya qoyulan qeydi görüb, polis çağırıblar.

Hadisə yerinə gələn polislər qapıda yazılan "Evdə sianid var, yaxın gəlməyin, polis çağırın" sözünü görüb fövqəladə hallar briqadasından kömək istəyiblər.