Kanadada sərnişin avtobusu qəzasında 9 nəfər yaralanıb


Dünya 06 Noy 2019 08:40:00 301 0

Kanadada sərnişin avtobusu qəzasında 9 nəfər yaralanıb

Kanadanın Qatino şəhərində (Kvebek vilayəti) reys avtobusunun iştirakı ilə olan insidentdə doqquz sərnişin xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalı bildirib.

Hadisə şəhərin mərkəzi hissəsində avtobusun hərəkət edərkən təkəri ilə açıq kanalizasiya lyukuna düşdüyü zaman baş verib.

Məlumata əsasən, 9 nəfər xəstəxanaya yerləşdirilib.