İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək


Digərləri 06 Noy 2019 07:35:00 259 0

İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək

Türkiyənin ən böyük şəhəri olan İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək. Şəhərin Yenikapı rayonunda tikiləcək limanının açılışından sonra İstanbul dünya kruiz turizminin mərkəzinə çevriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahit Turhan deyib.

Yeni liman barədə məlumat verən nazir bu layihə üçün keçirilən tenderin gələn il tamamlanacağını bildirib.

Liman istifadəyə verildikdən sonra Türkiyənin, o cümlədən İstanbulun kruiz turizminin başlanğıc və son nöqtəsi olacağını deyən nazir layihənin qısa müddətdə tamamlanacağını bildirib.

Yeni lamana eyni anda səkkiz kruiz gəmisinin girə biləcəyini qeyd edən C.Turhan, burada ümumi uzunluğu üç min metr olan limanın və ümumi sahəsi 30 min kvadratmetr nəzərdə tutulan gözləmə salonunun inşa ediləcəyini söyləyib.

Onun sözlərinə görə, bu gün dünya turizmində kruiz turizminin payı iki faizdir ki, bu da kruiz turizminin böyük potensial olmasından xəbər verir. Bildirilib ki, 2003-2009-cu illərdə Türkiyədə kruiz turizminin illik artımı orta hesabla 23 faiz təşkil edib.

(adsgarden = window.adsgarden || []).push({});