Avropanın ən ecazkar məkanları FOTO


Digərləri 06 Noy 2019 04:30:00 285 0

Avropanın ən ecazkar məkanları  FOTO

Norveç adalarının yuxarısında Arktik dairədən Rumıniyanın başı qarlı dağlarına, Uelsin qumlu sahillərindən Balkanların buzlu suyu olan göllərinə qədər Avropanın ən ecazkar məkanları CNN-in reportajında yer alıb. Bu təbiət möcüzələri turistlərin sevimli səyahət yerləridir.

Son.az AZƏRTAC-a istinadən həmin məkanları oxucuların diqqətinə təqdim edir.

İnari gölü, Finlandiya

Arktik dairəsindən yuxarıda və Finlandiyanın Rusiya ilə sərhədində yerləşən İnari gölü bütün ilboyu cənnəti xatırladır. Qaranlıq, qarşı qış Şimal üfüqünü seyr etmək istəyənlər üçün ideal şəraitdir. Gölün üçzolaqlı sahili qışda çəhrayı rəngə boyanır, yayda isə gölün sularında üzmək mümkündür. Yerli Syami mədəniyyətinin məqkəzi olan bu ərazidə finlərin ənənəvi ayinləri də keçirilir.

Göl romantik səyahət həvəskarları üçün ən yaxşı istirahət məkanlarından biri hesab olunur.

Lofoten adaları, Norveç

Hündür qüllələri olan qəsrlər, dərin uçurumlar və kəndlərin gözəl mənzərəsi Şimalın rəmzi sayılan Lofoten adalarına xüsusi gözəllik verir. Yeddi adadan ibarət olan bu arxipelaq (Austvågøy, Flakstadøy, Gimsøy, Moskenesøya, Røst, Værøy and Vestvågøy) təbiətin "bakirə" gözəlliyinin toxunulmaz qaldığı və dənizin sehrli, dumanlı sakitliyi ilə səmadakı buludların sanki birləşəcəyi bir mənzərə yaradır.

Mülayim suları və körfəz axını sayəsində Norveçin bu arxipelaqı yay ayılarında isti olur və adaları əhatə edən dəniz sularında günbatana qədər üzmək mümkündür.

Unst, Şetland adaları, Şotlandiya

Britaniya adalarının şimalında yerləşən Unst adası da vəhşi gözəlliyini qoruyub saxlayır. Onun sahilləri balıqqulağı qalaqları ilə doludur. Buradakı böyük skualar, habelə quların köçü zamanı qayaların üzərində səmanın görünməz olması diqqəti çəkir. Adaya səyahət edənlər sanki vikinqlər dövrünün ab-havası ilə rastlaşırlar. Qədim vikinq tayfaları məhz bu adalarda məskunlaşıb və İngiltərəyə hücumları həyata keçiriblər. Burada arxeoloqların aşkar etdikləri qədim vikinq abidələri turistlərin böyük marağına səbəb olur. Adalarda onların ayinləri də icra olunur.

Zaqori, Yunanıstan

Yunan adaları ecazkar mənzərələri və qızmar dəniz sahilində istirahəti sevənlər üçün ideal məkandır. Onların arasında ən gözəl olanı isə Avropanın sıldırım qayalı dağların yaxınlığında yerləşən Epirus bölgəsindəki Zaqori adasıdır. Adadakı Vikos dərəsinə enmək səyahətçilərə mükəmməl bir ekskursiya vəd edir. Buradakı qarlı zirvəsi olan Astrakas dağı günbatanadək bəyaz işıq saçır. Ada Yunanıstanın həm isti dəniz suyu və qızmar qumu, həm də qarlı dağ mənzərəsinin vəhdəti olan ən ecazkar guşələrindən biridir.

Zaqorinin dağətəyində daş körpüləri, xüsusən Kipi kəndinə yaxın üç tağlı Kaliqeriko abidəsi bu gözəl mənzərəni tamamlayır.

Yorkşir-Deylz Milli Parkı, İngiltərə

Yorkşir-Deylz Milli Parkının mənzərəsi İngiltərə təbiətinin bir simvolu sayılır.

Çay daşları ilə döşənmiş dar cığırlar heyrətamiz macəra axtarışında olan velosipedçilərin sevimli yeridir, palçıqlı təpələrdə isə şimal ölkələrindən gələn səyahətçilər gəzməyi sevirlər. Burada ilin bütün fəsilləri sanki dumanlı və çiskinli payız havası təəssüratı yaradır. Malham Cove və Fordalı Scar geoloji möcüzələri 1954-cü ildə yaradılmış Milli Parka xüsusi gözəllik verir. Kiçik çaylar və York vadisindən yuxarıya aparan təpələr Pennin su ayrımına qədər uzanır.

Britaniya adalarının ən səfalı guşəsi sayılan Yorkşir-Deylz Milli Parkının yaxınlığından keçən Midlend dəmir yolu xətti turistləri qədim Ribblhed körpüsünə qədər çatdırır.

Apuseni dağları, Rumıniya

Karpat sıra dağlarının bir hissəsi olan Apuseni Şərqi Avropanın zəngin tarixinin bir hissəsini özündə qoruyub saxlayır. Bu dağlar sıx meşələrlə əhatə olunub və aşağıda axan gur çayların üzərində qədim mağaralar mövcuddur. Lakin ərazinin toxunulmamış təbiəti sevən səyahətçilər üçün ən böyük özəlliyi şam ağaclarından ibarət olan və şəffaf çayların axdığı dağ ətəklərinin təmiz havasıdır.

(adsgarden = window.adsgarden || []).push({});