İsveçrədə Hikmət Hacıyevin mühazirəsi təşkil olunub (FOTO)


Digərləri 06 Noy 2019 02:27:15 80 0

İsveçrədə Hikmət Hacıyevin mühazirəsi təşkil olunub (FOTO)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mühazirəsi təşkil olunub

Bu xəbəri də oxu: Günahların mənfi nəticəsi

Bakı. İsveçrənin ən iri beyin mərkəzi hesab olunan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mühazirəsi təşkil olunub. Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, İsveçrəyə ikitərəfli səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarları” mövzusunda mühazirə ilə çıxış etmişdir. Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin təşkil etdiyi mühazirədə Cenevrə Mərkəzinin professor və tədqiqatçılar heyəti, bu qurumun kurslarının dinləyiciləri, eləcə də Cenevrə Universitetinin tələbələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər. Mühazirə zamanı H.Hacıyev müsəlman şərqində ilk parlament respublikası Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Cumhuriyyətin xarici siyasəti və bu il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edilməsi barədə auditoriyanı məlumatlandırmışdır. H.Hacıyev 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın xarici siyasətinin formalaşmasında təhlükəsizlik faktorunun əsas rol oynadığını bildirərək, tarixi reallıq, geosiyasət və enerji meyarlarını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlar əsasında xarici siyasət yürütdüyünü vurğulamışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi əsas təhlükəsizlik probleminin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi olduğu vurğulanmışdır. Bundan başqa, mühazirədə Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji layihələri vasitəsilə Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməsi, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində logistika qovşağı rolunu oynaması, bu kontekstdə Mərkəzi Asiya ölkələri və qonşu dövlətlərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Sonra auditoriyanın Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli perspektivləri, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığıa münasibəti, ölkəmizin iqlim təhlükəsizliyi konsepsiyası, Azərbaycanın ABŞ və NATO, eləcə də Rusiya ilə əməkdaşlığı, həmçinin Azərbaycanda dini tolerantlıq mühiti ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq like
  • 06 Noy 01:40  
Digərləri İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq

İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zəng

arrow Ətraflı
“Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi like
  • 06 Noy 00:49  
Digərləri “Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi o

arrow Ətraflı
Abşeronda mərmi tapılıb (FOTO) like
  • 06 Noy 00:04  
Digərləri Abşeronda mərmi tapılıb (FOTO)

Güzdək qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil

arrow Ətraflı
Günün qoroskopu: müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da... like
  • 06 Noy 00:01  
Digərləri Günün qoroskopu: müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 05 Noy 23:56  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Google xəritəyə gizlilik funksiyası əlavə olundu like
  • 05 Noy 23:55  
Digərləri Google xəritəyə gizlilik funksiyası əlavə olundu

Google rəhbərliyi sentyabr ayında Android istifadəçiləri üçün "Goo

arrow Ətraflı
Asus TUF Gaming VG249Q monitoru FreeSynci dəstəkləyir like
  • 05 Noy 23:50  
Digərləri Asus TUF Gaming VG249Q monitoru FreeSynci dəstəkləyir

TUF Gaming VG249Q-nin qiyməti 200 dollardan çox deyil.

arrow Ətraflı
Yaqub Mahmudov Küveyt televiziyasında çıxış edib  VİDEO like
  • 05 Noy 23:46  
Digərləri Yaqub Mahmudov Küveyt televiziyasında çıxış edib VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akadem

arrow Ətraflı
“Namogoo” adlı təşəbbüs 40 milyon dollar investisiya qazandı like
  • 05 Noy 23:45  
Digərləri “Namogoo” adlı təşəbbüs 40 milyon dollar investisiya qazandı

Namogoo "Müştəri piratçılığının qarşısını almaq" üçün

arrow Ətraflı
Sosial şəbəkələr neçə milyon şəxsə reklam elanlarını çatdırır? – like
  • 05 Noy 23:40  
Digərləri Sosial şəbəkələr neçə milyon şəxsə reklam elanlarını çatdırır? –

"Feysbuk  sosial şəbəkəsi 1 milyard 932 milyon şəxsə (43% qadın, 5

arrow Ətraflı
Pankreatiti olan xəstələrə bu qidalar olmaz – like
  • 05 Noy 23:35  
Digərləri Pankreatiti olan xəstələrə bu qidalar olmaz –

Mədəaltı vəzi iltihabı hazırda bir çox gənc kişi və qadınlarda rastla

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 05 Noy 23:33  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Çinin 50 şəhərində 5Gnin tətbiqinə başlanıldı like
  • 05 Noy 23:20  
Digərləri Çinin 50 şəhərində 5Gnin tətbiqinə başlanıldı

Çində 5G-nin qlobal istifadəsi 2020-ci il üçün planlaşdırılırdı. Anca

arrow Ətraflı