Günün qoroskopu: müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da...


Digərləri 06 Noy 2019 00:01:00 344 0

Günün qoroskopu: müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da, qarşınıza qoyduğunuz məqsədə çatmağınıza mane olmayacaq. Amma bu da elə asan başa gəlməyəcək. Əlbəttə, bu, sizi qorxutmur və ancaq ruhlandırır, sizin tərəfdaşlarınız və iş ortaqlarınız isə şəraitə başqa cür yanaşırlar. Onlara da dəstək olmağa və ruh yüksəkliyini artırmağa çalışın. Xəstələnə bilərsiniz, özünüzü gözləyin. Çox işləmək bu gün sizə ziyandır. Günün ikinci yarısına planlaşdırdığınız səfərlər gözlədiyinizdən daha uzun çəkəcək, amma eyni zamanda lazımi nəticəni əldə edə bilməyəcəksiniz.

Buğa - bu gün risk etməyə meyllisiniz. Əlbəttə, bu, çox cəlbedicidir, amma unudursunuz ki, bu, həm də təhlükəli ola bilər. Ehtiyatı nə qədər tez-tez yada salsanız, problemlərinizin sayı bir o qədər az olar. Düzdür, bəzi Buğalar çətinliklərin olmaması səbəbindən darıxa da bilərlər: hansısa maneəni dəf etmək həvəsi çox güclüdür. Şəxsi münasibətlərdə yenilik istəyi güclənir, siz çılğın ehtiras, parlaq emosiyalar axtarırsınız. Bir çox Buğalar qeyri-müəyyən istəkləri səbəbindən düşünülməmiş hərəkətlər edirlər. Sonra peşman olmaq ehtimalı isə çox böyükdür.

Əkizlər - nə ilə məşğul olursunuz olun, amma bircə tələsməyin, çox xırda, amma böyük və xoşagəlməz nəticələri olan səhvlər edə bilərsiniz. Bundan başqa, pis təsir altına düşə bilərsiniz. Nəyə nail olmaq istədiyiniz barədə tez-tez özünüzə sual verin. Çox maraqlıdır ki, sizi heç tanımayan bir insanla daha tez dil tapırsınız, nəinki yaxınlarınızla. Amma havayı yerə ümidlənməyin: söhbət əsl ahəngdarlıqdan deyil, təsadüfi anlaşmadan, əhval-ruhiyyənin üst-üstə düşməsindən gedir.

Xərçəng - bu, sizin gününüzdür. Əlinizə düşən imkandan istifadə edərək hansısa vacib və mürəkkəb bir layihənin üzərində işləməyə başlaya bilərsiniz: öhdəsindən gəlmək asan olacaq. Öz rəhbərliyiniz və yaxuld dövlət təşkilatlarının nümayəndələri bu gün sizdən dəstəklərini əsirgəmirlər və işlərinizin çoxu da ona görə alınır ki, işiniz düşən insanların sizə rəğbəti var. Şəxsi həyatınızda yaxşıya doğru xeyli dəyişikliklər mümkündür. Tənhalar axşam qonaqlığa dəvət aldıqları, yaxud da bir ziyafətdə iştirak etdikləri təqdirdə orada maraqlı biri ilə tanış olmaq imkanı qazanacaqlar.

Şir - həm özünüzlə, həm ətrafınızla barışmısınız, bu isə bir çox problemlərin həllini asanlaşdırır. Çox maraqlı işgüzar təkliflər almağınız mümkündür, onları uzun müddət düşünmədən qəbul edə bilərsiniz. Ezamiyyətə yollanmaq olar, əcnəbi iş ortaqları ilə danışıqlar əla keçəcək. Təşkilati bacarıqlarınız artıb. Əgər dostlarınız üçün bayram, ailə şənliyi, yaxud qeyri-adi romantik görüş hazırlamaq lazımdırsa, özünüzü irəli verin: hər şey əla alınacaq. Masaj salonuna baş çəkib istirahət etmək məsləhətdir.

Qız - bəxtiniz gətirmir. Başladığınız işlər, gözlədiyinizin əksinə olaraq mürəkkəbləşir, bir çox vacib məsələlərin həlli qeyri-müəyyən müddətədək təxirə düşür. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bəzi "bəxtiqara" Qızlar isə iş yerlərini dəyişmək barədə fikirləşməli olacaqlar. Yaxınlarınızla münasibətləriniz isə əladır. Evdə sizi anlayır və dəstəkləyirlər. Hətta yaxşı heç nə gözləmədiyiniz insanlar da bu gün gözlənilmədən sizin tərəfinizə keçəcəklər. Amma əslində, bu barədə bir qədər fikirləşsəniz, yaxşı olar: bu adamların niyyəti nədir?

Tərəzi - enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

(adsgarden = window.adsgarden || []).push({});