Asus TUF Gaming VG249Q monitoru FreeSynci dəstəkləyir


Digərləri 05 Noy 2019 23:50:00 262 0

Asus TUF Gaming VG249Q monitoru FreeSynci dəstəkləyir

TUF Gaming VG249Q-nin qiyməti 200 dollardan çox deyil.

Asus, 24 düymlük TUF Gaming VG249Q monitorunu təqdim edib. O, 144 Hz yeniləmə dərəcəsini və FreeSync adaptiv sinxronizasiya texnologiyasını dəstəkləyir.

Son.az ted.az-a istinadən bildirir ki, monitorda Full HD göstəricili və 23,8 düym diaqonallı VA tipli paneldən istifadə olunur. Baxış nöqtələri 178 dərəcədir, cavab müddəti isə 1 ms-ə bərabərdir.

Video giriş siyahısına HDMI 1.4, DisplayPort 1.2 və VGA daxildir. Bundan başqa, təchizata 2 vatt gücündə stereo dinamiklər və qulaqcıqlar üçün 3,5 mm diametrli konnektor daxildir.

(adsgarden = window.adsgarden || []).push({});