Azərbaycan nefti bahalaşdı


Digərləri 05 Noy 2019 23:33:24 198 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 67,91 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 67,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.