“Paidy” 143 milyon dollar investisiya alıb


Digərləri 05 Noy 2019 23:10:00 250 0

“Paidy” 143 milyon dollar investisiya alıb

Yaponiyada istehlakçılara sürətli kredit verməyi hədəfləmiş Fintech startapı olan Paidy, C seriyalı investisiya turunda 143 milyon dollar qazandığını açıqlayıb. İnvestisiya turunda PayPal Ventures, Soros Capital Management, JS Capital Management və Tybourne Capital Management şirkətləri iştirak ediblər.

Son.az techland.az-a istinadən bildirir ki, Paidy-nin qazandığı bu məbləğ, Yapon Fintech sektorunda qazanılmış ən yükək məbləğli investisiyadır. Paidy-nin qazandığı yeni investisiyayla birlikdə ümumi investisiya məbləğini 163 milyon dollara yüksəltdiyini də qeyd etmək lazımdır.

Paidy-nin həlli isə insanların hesab yaratmadan və ya kredit kartlarından istifadə etmədən aldıqları məhsulların ödənişini onlayn ödəmələrini təmin etməkdir. Bir satıcı Paidy-ni bir ödəniş üsulu olaraq təklif edərsə, müştərilər mobil telefon nömrələrini və e-poçt ünvanlarını yoxlaya və sonra SMS və ya səsli olaraq göndərilmiş kod ilə təsdiq edə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});