Chromium əsaslı Microsoft Edge ilə bütün saytlara


Digərləri 05 Noy 2019 23:15:00 284 0

Chromium əsaslı Microsoft Edge ilə bütün saytlara

Smartfonlar və planşetlər ilə birlikdə interneti özümüzlə daşımağa və hər yerdə internetdən istifadə etməyə başlamışıq. Nəticədə qaranlıqda gözümüzü yoran ağ rəngli arxa fonlar əvvəlcə matlaşdırılıb sonra isə "qaranlıq" rejimlərlə əvəz edilib.

Son.az techland.az-a istinadən bildirir ki, hal-hazırda bu funksiyadan yalnız brauzerin "Canary" versiyasının istifadəçiləri üçün əlçatandır. Bu versiyanı gündəlik yenilənən Microsoft Edge Insider veb saytından yükləmək olar.

Yeni Canary versiyasında saytları qaranlıq rejimdə görmək üçün etməli olduqlarınız çox sadədir. Aşağıdakı sıralamadan istifadə etməyiniz kifayətdir:

Canary-ı açın, ünvan hissəsinə edge://flags yazın və Enter düyməsini basın. Qarşınıza gələn "Experiment Settings" səhifəsində yuxarıdakı axtarış sahəsinə "dark mood" yazın. "Force dark mode for web contents" seçimini görəcəksiniz. Sağdakı oxdan istifadə edərək menyunu açın. İstədiyiniz qaranlıq rejim tətbiqini seçin.İstədiyiniz parametrləri qurduqdan sonra, ekranın sağ alt küncündəki Yenidən başlama düyməsini istifadə edərək proqramı yenidən başladın. Görünür ki, qaranlıq rejim daha uzun müddət insanların sevimli istifadə rejimi olmağa davam edəcək. Chromium istifadə edən Microsoft Edge-dən başqa, Mozilla Firefox da oxşar sistem üzərində işləyir.

(adsgarden = window.adsgarden || []).push({});