2019cu ilin 4cü rübündə Apple 64 milyard dollar gəlir əldə edib


Digərləri 05 Noy 2019 22:45:00 292 0

2019cu ilin 4cü rübündə Apple 64 milyard dollar gəlir əldə edib

Keçən sentyabr ayında yeni iPhone modellərini təqdim edən Apple dördüncü rübün maliyyə nəticələrini açıqladı. Apple tərəfindən paylaşılan məlumata görə, şirkət dördüncü rübdə 64 milyard dollar gəlir əldə edib. İphone satışlarının azalmasına baxmayaraq, 64 milyard dollarlıq gəlir qazanıb ki, bu da Apple-ın 4-cü rübdə qazandığı ən böyük gəlirdir.

Son.az techland.az-a istinadən bildirir ki, IPhone satışları azalsa da, Apple-ın xidmət seqmenti ciddi bir yüksəliş yaşayıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Apple gəlirlərini 2 faiz artırıb və satışların azalmasına baxmayaraq yenə də iPhone modellərindən ən böyük gəlir əldə edib.

Apple, 2019-cu ilin dördüncü rübündə iPhone satışından 33,36 milyard dollar gəlir əldə edib. 2018-ci ilin dördüncü rübü ilə müqayisədə 9,2 faiz azalma olduğunu və ötən il Apple-ın iPhone satışlarının 36,76 milyard dollar qazandığını da əlavə etmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});