Niyə çip olan bank kartı maqnit zolağı olan kartdan daha etibarlıdır?


Digərləri 05 Noy 2019 22:20:00 320 0

Niyə çip olan bank kartı maqnit zolağı olan kartdan daha etibarlıdır?

Müasir elektron ödəmə sistemi çox sürətlə inkişaf edir.

Son.az ted.az-a istinadən bildirir ki, maqnit zolağı olan bank kartlarının son zamanlarda yaranmasına baxmayaraq, onları üzərində çip olan yeni kartlar əvəz etdi. Onlar adi kartlardan heç nə ilə fərqlənməsə də, daha etibarlı hesab olunur.

Çip kartlara smart kartlar da deyilir(agıllı). Smart karta bir çip quraşdırılıb ki,  kart sahibi və hesab haqqında bütün məlumatlar banka sorğu göndərilmədən saxlanır. Çip kartlarına debet və kredit, təmaslı və təmassız növlər aid ola bilər. Təmaslı kartdan məlumat oxumaq üçün o, hesablayıcı qurğuya qoşulmalıdır. Təmassız kartlar isə radiosiqnal ötürülməsi prinsipi ilə işləyir.

Maqnit zolaqlı kart

Maqnetik zolaqlı kartlar hazırda dünyada ən populyar kartlardır. Onların köməyi ilə pulu digər hesablara köçürmək, nağdlaşdırmaq, kommunal xərcləri ödəmək,  alış-veriş etmək və s. mümkündür.

Maqnit zolaginda üç məlumat bölməsi var. Birinci bölmədə kart sahibinin soyadı, adı, atasının adı, ikincidə kartın nömrəsi və etibarlılıq müddəti, üçüncüdə isə digər məlumatlar yazılır.

Niyə çip olan kart daha yaxşıdır?

Çip kartı maqnit zolağı olan kartdan daha etibarlıdır, çünki  mürəkkəb  təhlükəsizlik sistemi sayəsində onu saxtalaşdırmaq daha çətindir. Bundan əlavə, ehtiyatsızlıqdan çipə ziyan vurmaq çox baha başa gəlir.

Smart kartlar vasitəsilə ödənişlər maqnit zolaqlı kartlarla  müqayisədə daha sürətli olur.

(adsgarden = window.adsgarden || []).push({});