Selfinizdəki, əhvalınıza əsaslanaraq sizə musiqi tövsiyyə edən platforma


Digərləri 05 Noy 2019 21:45:00 244 0

Selfinizdəki, əhvalınıza əsaslanaraq sizə musiqi tövsiyyə edən platforma

Dövrümüzdə musiqi,kitab və ya kino tövsiyyə edən bir çox platforma var. Ancaq bütün əməliyyatların hər birini yerinə yetirən və eyni zamanda maraq dairənizə uyğun real tövsiyələr verən bir platforma tapmaq həqiqətən olduqca çətindir. Musiqi, film, seriyal, kitablar kateqoriyasında xidmət edən və insanların öz intellektual biliklərini arxivləşdirməyə kömək edən Charmy, bu arxivləri digər istifadəçilərə çatdıran sosial media tətbiqi kimi fəaliyyət göstərir.

Son.az techland.az-a istinadən bildirir ki, Charmy, tətbiqetmə daxilində musiqi dinləmək imkanı verərkən eyni zamanda bir sıra digər kateqoriyalarda dəqiq təkliflər verir.İstifadəçilər suallara cavab verərək və ya selfi çəkməklə anlıq əhvallarına uyğun musiqi siyahıları əldə edə bilərlər.

Platformada təxminən 45 min qeydiyyatdan keçmiş istifadəçi və gündəlik 6-7 min giriş var. Charmy vasitəsilə hər gün 20-30 mindən çox insan musiqi dinləyir. Gün ərzində "Mənim rejimimi tapın" düyməsinə 6-7 min dəfə, "Selfie" bölməsinə isə 5 mindən çox şəkil yüklənilir. Hər gün təxminən 50 yeni siyahı tərtib edilir və hazırda təxminən 8000 siyahı var.

(adsgarden = window.adsgarden || []).push({});