Trellonun istifadəçi sayı 50 milyonu keçib


Digərləri 05 Noy 2019 21:10:00 270 0

Trellonun istifadəçi sayı 50 milyonu keçib

2019-cu ilin mart ayında 35 milyon istifadəçiyə sahib olan Trello, 8 ay kimi qısa zaman ərzində 15 milyon yeni istifadəçi qazanıb. 2017-ci ildə Trellonun 25 milyon istifadəçisinin olduğunu nəzərə alsaq, demək olar ki, sürətli inkişaf davam edir. Bundan əlavə, şirkət qeyd edir ki, Fortune 500 şirkətlərinin 80%-i Trello istifadəçisidir.

Son.az techland.az-a istinadən bildirir ki, yeni elanla bərabər Trello paylaşdığı bir blog mesajı vasitəsilə yeni funksiyalarını təqdim edib. Business Class ve Enterprise müştəriləri üçün yeni tablon şablonları yaradan Trello, bu şablonlar sayəsində istifadəçi qrupalarının işləri qısa zamanda bitirməyini hədəfləyir.

Yeni funksiyalara əlavə olaraq Trello-nun keçən il satın aldığı avtomatlaşdırma vasitəsi olan Butler ilə inteqrasiyanı təmin edəcəyini də qeyd edək.

Butler, bu həftədən etibarən pullu və pulsuz olaraq istifadə edilən hər Trello lövhəsinə inteqrasiya ediləcək. İstifadəçilər Butler vasitəsilə Kart və Pano düymələri yarada biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});