6 illik küsülülük bitdi


Digərləri 05 Noy 2019 20:56:00 313 0

6 illik küsülülük bitdi

Bülent Ersoy ötən gecə məşhur restoranlardan birində səhnəyə çıxıb.

Son.az axşam.az-a istinadən bildirir ki, tamaşaçılar 270 metr tüldən hazırlanmış paltar geyinən sənətçini görməkdə çətinlik çəkiblər. Kristal daşlarla bəzədilən kostyum 3 aya tikilib.

Xəstə olduğunu və yüksək qızdırma ilə səhnəyə çıxdığını deyən müğənninin əlindəki göyərmələr də diqqətlərdən yayınmayıb. O, 6 ildir küsülü olduğu Ajda Pekkanla da barışdığını deyib.

"Ajda tərbiyəli qadındır, mənim kimi deyil. Xəstə olduğumu öyrənincə, zəng etdi. 15 dəqiqə danışdıq. Varlığı ən yaxşı dərmandan belə daha təsirlidir", - o bildirib.

(adsgarden = window.adsgarden || []).push({});