Kürdəmirdə ağır qəza:


Digərləri 05 Noy 2019 20:17:00 260 0

Kürdəmirdə ağır qəza:

Kürdəmirdə "Kamaz" "VAZ-2106" ilə toqquşub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi "Vaz-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı "Kamaz" və "Vaz-2106"nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qız xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.