Azərbaycan-İsveçrə əməkdaşlığında parlament ölçüsünün əhəmiyyəti vurğulanıb (FOTO)


Digərləri 05 Noy 2019 20:10:53 273 0

Azərbaycan-İsveçrə əməkdaşlığında parlament ölçüsünün əhəmiyyəti vurğulanıb (FOTO)

Hikmət Hacıyev İsveçrədə görüşlər keçirib.

Bakı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və dostluq qrupunun parlamentin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və İsveçrə Xarici Siyasət Assosiasiyasının vitse-prezidenti Loran Verli ilə görüşlər keçirib. Trend-in məlumatına görə, görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev qarşı tərəfə ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparılan islahatlar barədə məlumat verib. Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin