200 hakim barəsində intizam icraatı başlanıldı


Digərləri 05 Noy 2019 20:07:00 235 0

200 hakim barəsində intizam icraatı başlanıldı

15 il ərzində 200 hakim barəsində intizam icraatı başlanılıb.

Ədliyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.

İclasda 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla - fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb:

"Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb".