Leyla Abdullayeva: "Qanunsuz rejimin “təmsilçisi”nin Moskvaya getməsi ilə bağlı məlumat araşdırılır"


Siyasət 05 Noy 2019 19:46:00 58 0

Leyla Abdullayeva: "Qanunsuz rejimin “təmsilçisi”nin Moskvaya getməsi ilə bağlı məlumat araşdırılır"

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçisi" Masis Mayilyanın Rusiya paytaxtına getməsi ilə bağlı mətbuatda yayılan məlumat hazırda tərəfimizdən araşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva KİV-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin "nümayəndəsi"nin Moskvaya səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

L.Abdullayeva bildirib ki, bu "səfər" çərçivəsində qanunsuz rejimin "nümayəndəsi"nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir:

"Bilirsiniz, diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq.

O ki, qaldı konkret olaraq sualınızda qeyd etdiyiniz Xarici İşlər Nazirliyinin mövqeyinə vurğulamaq istərdim ki, Azərbaycan tərəfinin qanunsuz oyuncaq rejimin "nümayəndələri"nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir".

Nazir: "Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır" like
  • 05 Noy 19:43  
Siyasət Nazir: "Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır"

Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm s

arrow Ətraflı
İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb like
  • 05 Noy 19:42  
Digərləri İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb

İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi f

arrow Ətraflı
Bakıda yağış evi bu günə saldı  FOTO like
  • 05 Noy 19:40  
Digərləri Bakıda yağış evi bu günə saldı FOTO

Son günlər yağan yağışlar Bakıda bir evin divarlarının aralanmasına s

arrow Ətraflı
Baş rol oyunçusu filmdən qovuldu like
  • 05 Noy 19:34  
Digərləri Baş rol oyunçusu filmdən qovuldu

Türkiyəli aktyor Mert Fıratın baş rolunu ifa etdiyi "Kilit" filmi

arrow Ətraflı
Tüklü trend like
  • 05 Noy 19:30  
Digərləri Tüklü trend

Hər mövsüm dəyişən dəb bu dəfə ayaqqabılara yumşaq bir toxunuş edib.

arrow Ətraflı
Nazir: Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır like
  • 05 Noy 19:25  
Digərləri Nazir: Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır

Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm s

arrow Ətraflı
Təyyarədə xuliqanlıq edən azərbaycanlıya like
  • 05 Noy 19:20  
Digərləri Təyyarədə xuliqanlıq edən azərbaycanlıya

Rusiyanın Orenburq vilayət məhkəməsi 11 martda Orenburqdan Moskanın "

arrow Ətraflı
ABŞın ən populyar və ən çox qazanan aktyorlarının siyahısı like
  • 05 Noy 19:15  
Digərləri ABŞın ən populyar və ən çox qazanan aktyorlarının siyahısı

Dünya şöhrətli Hollivud aktrisası Cennifer Eniston Amerikanın ən populyar

arrow Ətraflı
BTQ ilə Çindən Avropaya hərəkət edən qatar Ankaraya çatır like
  • 05 Noy 19:15  
Digərləri BTQ ilə Çindən Avropaya hərəkət edən qatar Ankaraya çatır

Oktyabrın 6-da Türkiyədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya yollan

arrow Ətraflı
Bakıda dörd nəfər avtobus sürücüsünü döydü like
  • 05 Noy 19:10  
Digərləri Bakıda dörd nəfər avtobus sürücüsünü döydü

Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

arrow Ətraflı
“Baku Fashion Expo Midseason 2019”  “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi like
  • 05 Noy 19:04  
Digərləri “Baku Fashion Expo Midseason 2019” “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi o

arrow Ətraflı