Bakıda yağış evi bu günə saldı FOTO


Digərləri 05 Noy 2019 19:40:00 274 0

Bakıda yağış evi bu günə saldı  FOTO

Son günlər yağan yağışlar Bakıda bir evin divarlarının aralanmasına səbəb olub.

Son.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən paytaxt sakini Şəfiqə Doquşeva bildirib ki, ötən ilin dekabrın 4-də torpaq sürüşməsi zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evinin divarları çatlayıb, bu il noyabrın 3-4-də yağan yağışlar zamanı çatlar daha da genişlənib və ev hazırda yaşayış üçün təhlükəlidir.

Ş.Doquşeva evinə dəyən ziyanın kompensasiyasını ödəməsi üçün evini sığorta etdirdiyi "Paşa Sığorta"ya müraciət edib. Şirkətdən bildirib ki, sığorta müqaviləsi 2018-ci il dekabrın 19-da bağlanıb. Ev sahibi izahatında çatların ilk olaraq 2017-ci ildən başladığını deyib. Buna görə də evdə baş verən çatlar müqavilədən öncə yarandığı üçün heç bir kompensasiya ödənilmir.

Ş.Doquşeva daha sonra Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə isə işi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Agentliyinə yönəldib.