Bakıda dörd nəfər avtobus sürücüsünü döydü


Digərləri 05 Noy 2019 19:10:00 240 0

Bakıda dörd nəfər avtobus sürücüsünü döydü

Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

Son.az xəbər verir ki, bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu" şirkətinə məxsus "İsuzu" markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb.