Mingəçevirdə antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı FOTO


Digərləri 05 Noy 2019 17:55:00 43 0

Mingəçevirdə antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı  FOTO

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentlikdən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirilmişdir. İlkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.

Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı like
  • 05 Noy 17:52  
Digərləri Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı

Azərbaycan “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə

arrow Ətraflı
Binədə 10a yaxın evdən oğurluq edən şəxslər saxlanıldılar  FOTO like
  • 05 Noy 17:45  
Kriminal Binədə 10a yaxın evdən oğurluq edən şəxslər saxlanıldılar FOTO

Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-c

arrow Ətraflı
Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq like
  • 05 Noy 17:34  
Digərləri Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

arrow Ətraflı
Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başladı like
  • 05 Noy 17:33  
Digərləri Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başladı

Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu P

arrow Ətraflı
Türkiyədə xəstəxanada yanğın: like
  • 05 Noy 17:32  
Dünya Türkiyədə xəstəxanada yanğın:

Türkiyənin şimal-şərqindəki Siirt vilayətində xəstəxanada yanğın ba

arrow Ətraflı
Dövlət orqanlarında müsahibə elan edildi like
  • 05 Noy 17:27  
Digərləri Dövlət orqanlarında müsahibə elan edildi

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi

arrow Ətraflı
Oktay Gülalıyev Türkiyəyə aparılacaq like
  • 05 Noy 17:27  
Digərləri Oktay Gülalıyev Türkiyəyə aparılacaq

Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağ

arrow Ətraflı
Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başlayıb like
  • 05 Noy 17:24  
Digərləri Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başlayıb

Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu P

arrow Ətraflı
Hindistanda qadın məmur ofisində yandırıldı like
  • 05 Noy 17:23  
Dünya Hindistanda qadın məmur ofisində yandırıldı

Hindistanın Telangana şəhərində vergi məmuru bir qadın torpaq mübahisəs

arrow Ətraflı
Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq like
  • 05 Noy 17:21  
Digərləri Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

arrow Ətraflı
Bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfərin namizədliyi irəli sürülüb like
  • 05 Noy 17:20  
Digərləri Bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfərin namizədliyi irəli sürülüb

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində

arrow Ətraflı
“Allah Elşad Xoseyə rəhmət etsin” like
  • 05 Noy 17:18  
Şou-biznes “Allah Elşad Xoseyə rəhmət etsin”

"X maqazin" proqramında dörd kişi müğənninin adı bir vərəqə

arrow Ətraflı