"Azərbaycandan başqa harada xarici investor 3040 il eyni liberal investisiya rejimindən faydalana bilər?"


Siyasət 05 Noy 2019 18:01:00 36 0

"Azərbaycandan başqa harada xarici investor 3040 il eyni liberal investisiya rejimindən faydalana bilər?"

Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

E.Məmmədyarov deyib ki, Azərbaycan ŞT-nin bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir:

"ŞT-nin növbəti onilliyi nə gətirə bilər; onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır; strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır; daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərqi Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Biz praqmatik və realist olmalıyıq.

Azərbaycan çox vaxt neft və təbii qazla əlaqələndirilir. Enerji qaynaqlarımızın əhəmiyyətinin yeni bir elementini təqdim edəcəyəm. Birincisi, təbii qazımız çirkləndirici kömürdən daha təmiz bir qalıq yanacağı molekuludur. İkincisi, təbii qazımız Aİ-nin ekoloji cəhətdən dost və enerji səmərəliliyini artırmaq kampaniyasında onun üçün ideal keçid yanacağı rolunu oynaya bilər. Bu iqlim siyasətinin məqsədlərinə də aiddir. Beləliklə, Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir. Görürsünüz, bu həm ticarət, həm rabitə (infrastruktur), həm də ətraf mühit məsələsidir".

Nazir qeyd edib ki, Bağlılıq Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır:

"Bu gün o, sabitlik mənbəyi və tərəfdaş ölkələrdə dayanıqlılığı gücləndirmək üçün bir vasitədir. Bu mövzu sərmayələri, maliyyə qurumlarını, özəl sektoru diqqəti cəlb edir. Bu həmçinin ticarət, yaradıcı bir ticarət deməkdir. Proteksionizm deyil. Aİ tərəfindən beynəlxalq çoxtərəfli təşəbbüsün - Avropa Bağlılıq Forumunun irəli sürülməsi Azərbaycanın və müxtəlif qitələrdə daha geniş bağlılıq məqsədlərinə çatmaq yolunda olan ölkələrin mühüm rolunu müəyyənləşdirir.

Bəlkə də Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Beləliklə, Azərbaycandan Aİ şirkətlərinə rəqabət çox deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar. Müqavilələrə hörmət etdiyimiz üçün qürur duyuruq. Müqavilələrin yüksək dərəcədə saffaflığı var. Təbii sərvətlərimizlə dünyaya açıldığımız 1994-cü tarixli "Əsrin Müqaviləsi" ilə bu işi bacardıq. Ölkəmizi Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə yenidən bunu edəcəyik. Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə / investisiya rejimindən faydalana bilər? Bu olduqca uzun müddətdir. Bu böyük bir öhdəlikdir. Həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir. Hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir. Bir çox Aİ iş adamı və investorunun bu məqsədlə Azərbaycanı seçməsi təsadüfi deyil. Əslində Aİ bizim bir nömrəli ticarət və investisiya tərəfdaşımızdır.

Şübhəsiz ki, fiziki qarşılıqlı əlaqə öz-özünə təmin olunmur, onların kommersiya baxımından təmin edilməsi eyni dərəcədə vacibdir. Bu məqsədlə, Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsi ilə artan ticarəti təmin etmək üçün Azərbaycan Orta Asiya ölkələri ilə tariflərin birləşdirilməsi üzərində işləyir. Biz Aİ-nin bu regional magistral layihəni dəstəklədiyini və Aİ ölkələri ilə gələcək əlaqələrin perspektivini qiymətləndiririk. Avstriya, Almaniya, Macarıstan və digər Avropa İttifaqı ölkələrindən olan bir neçə böyük logistika şirkətinin Asiya ilə Avropa arasında yük daşınması üçün bizimlə birgə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə istəkli olmaları təəccüb doğurmur".

E.Məmmədyarov xatırladıb ki, Prezident Tusk Azərbaycana son səfərində təsdiqlədi ki, Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirmək üçün böyük addımlar atılıb və ölkənin həm şimal, həm də cənub qonşularına olan ambisiyalarını qeyd etdi:

"Xəritədə öz adımızı belə qoyduq - Azərbaycan nəinki çox milyardlıq Cənub Qaz Dəhlizinin təminatçısı, həm də Avropa ilə Asiyanın müxtəlif hissələri arasında bir neçə ticarət dəhlizini təşviq edən ölkədir.

Ancaq bununla da dayanmırıq; ölkədə maliyyə, iqtisadi, sosial və ekoloji sabitliyi təmin etməklə daha çox investisiya üçün ilkin şərtləri həyata keçiririk. Dünya Bankının 2020-ci il üçün "Doing Business" hesabatında Azərbaycan biznesə başlamaq baxımından 9-cu, kredit / maliyyə imkanlarına görə 1-ci yeri tutması təəccüblü deyil".

Yeni radio kanalının yaradılması üçün müsabiqə elan olunub like
  • 05 Noy 18:00  
Digərləri Yeni radio kanalının yaradılması üçün müsabiqə elan olunub

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

arrow Ətraflı
Nazpəri arıqlama sirrini açıqladı like
  • 05 Noy 18:00  
Şou-biznes Nazpəri arıqlama sirrini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva son günlər xeyli çəki atması ilə günd

arrow Ətraflı
Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı like
  • 05 Noy 17:58  
Digərləri Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqab

arrow Ətraflı
Zaur da bu məşhur müğənniyə like
  • 05 Noy 17:56  
Şou-biznes Zaur da bu məşhur müğənniyə

Tarix Əliyevin (Tolik) ardınca Zaur Kamal da əməkdar artist Yusif Mustafaye

arrow Ətraflı
Mingəçevirdə antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı  FOTO like
  • 05 Noy 17:55  
Digərləri Mingəçevirdə antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı FOTO

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətənd

arrow Ətraflı
Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı like
  • 05 Noy 17:52  
Digərləri Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı

Azərbaycan “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə

arrow Ətraflı
Binədə 10a yaxın evdən oğurluq edən şəxslər saxlanıldılar  FOTO like
  • 05 Noy 17:45  
Kriminal Binədə 10a yaxın evdən oğurluq edən şəxslər saxlanıldılar FOTO

Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-c

arrow Ətraflı
Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq like
  • 05 Noy 17:34  
Digərləri Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

arrow Ətraflı
Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başladı like
  • 05 Noy 17:33  
Digərləri Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başladı

Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu P

arrow Ətraflı
Türkiyədə xəstəxanada yanğın: like
  • 05 Noy 17:32  
Dünya Türkiyədə xəstəxanada yanğın:

Türkiyənin şimal-şərqindəki Siirt vilayətində xəstəxanada yanğın ba

arrow Ətraflı
Dövlət orqanlarında müsahibə elan edildi like
  • 05 Noy 17:27  
Digərləri Dövlət orqanlarında müsahibə elan edildi

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi

arrow Ətraflı