Polis 15 yaşlı qızı qaçıran oğlanları saxladı


Dünya 05 Noy 2019 18:40:00 221 0

Polis 15 yaşlı qızı qaçıran oğlanları saxladı

Gürcüstanda 15 yaşlı qızı qaçıran üç oğlan saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 5-də ölkənin Acariya bölgəsində baş verib.

19 yaşlı üç nəfər yetkinlik yaşına çatmayan qızı zorla maşına mindirərək qaçırıblar.

Həmin üç nəfərdən biri qızla evlənmək istəyib. Digər iki nəfər isə həmin şəxsin dostu olub və bu işdə ona kömək ediblər.

Hər üç şəxs məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, 19 yaşlı gəncləri 10 ilə qədər həbs cəzası gözləyir.

Bundan başqa, oktyabrın 15-də də oxşar hadisə baş vermişdi.