Azərbaycan avianəqliyyat xidmətlərinin səmərəliliyi göstəricisində bir sıra inkişaf etmiş ölkələri qabaqlayıb


Digərləri 05 Noy 2019 17:57:00 360 0

Azərbaycan avianəqliyyat xidmətlərinin səmərəliliyi göstəricisində bir sıra inkişaf etmiş ölkələri qabaqlayıb

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nin "Avianəqliyyat xidmətlərinin səmərəliliyi" göstəricisində 141 ölkə arasında 12-ci yerdə qərarlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan bu göstəricidə Belçika (19-cu yer), Avstraliya (23-cü yer), Fransa (24-cü yer), Almaniya (28-ci yer) kimi ölkələri qabaqlayıb.

Azərbaycan reytinqdə həmçinin qonşu ölkələrdən də irəlidədir. Belə ki, bu siyahıda Türkiyə 31-ci, Rusiya 52-ci, Gürcüstan 86-cı, İran isə 132-ci yeri tutub.

Reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.