Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı


Digərləri 05 Noy 2019 17:58:07 282 0

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nin "Yol infrastrukturunun keyfiyyəti" göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-ci yer) kimi ölkələri qabaqlayıb.

Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.