Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı


Digərləri 05 Noy 2019 17:52:00 209 0

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə Avropa ölkələrini qabaqladı

Azərbaycan “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub.

Bakı. Nərgiz Sadıxova - Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub. Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-ci yer) kimi ölkələri qabaqlayıb. Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.