“Allah Elşad Xoseyə rəhmət etsin”


Şou-biznes 05 Noy 2019 17:18:00 263 0

“Allah Elşad Xoseyə rəhmət etsin”

"X maqazin" proqramında dörd kişi müğənninin adı bir vərəqə yazılaraq, onların həmkarlarına təqdim olunub və fikir bildirmələri istənilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu zaman Əməkdar artist Elza Seyidcahan siyahıda adı çıxan ifaçı Kərim Abasovdan danışmaq istəməyib.

Reper Elşad Xosenin adı isə Əməkdar artist Mətanət İsgəndərlinin yanlışlıq etməsinə zəmin yaradıb. Belə ki, o, "Elşad Xose... Allah rəhmət etsin" deyə, bildirib. Daha sonra səhv etdiyinin fərqinə varan sənətçi "Rəhmətlik Hüseyn Dərya ilə qarışdırdım. Onları həmişə səhv salıram" sözləri ilə vəziyyətdən çıxıb.

Müğənni Orxan Babazadə isə Xalq artisti Samir Cəfərovu müğənni Samir Cavadzadə ilə dəyişik salıb. O, "Hansı Samir? Röya ilə oxuyan?" deyə, müxbirin sualına sualla cavab verib.