Tovuz sakinini cərəyan vurub öldürdü


Digərləri 05 Noy 2019 17:07:00 309 0

Tovuz sakinini cərəyan vurub öldürdü

Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Dönük Qırıqlı kəndində baş verib. Rayonun Dondar Quşcu kənd sakini İmanov Məzahir Qədir oğlunu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.