"Təhlükəsizlik sahəsində əməkdaşlıq Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq"


Siyasət 05 Noy 2019 16:53:47 321 0

"Təhlükəsizlik sahəsində əməkdaşlıq Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq"

Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarındadeyib.

Nazir deyib ki, Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı:

"Bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. ŞT-in gələcək prosesini biz belə görürük.

Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusuna iddia etməyib.

Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaqdır. Bir ölkə digər ölkənin ərazilərinin 20%-ini işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz.

ŞT-nin strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaqdır. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır.

Beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur. Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir ŞT ölkəsinin digərinin ərazilərini işğal etməsi ŞT-nin əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ŞT ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, ŞT-nin növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaqdır.

Beləliklə, qeyd olunan məqamları nəzərə alaraq bildirmək lazımdır ki, Azərbaycan ŞT-nin bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir; ŞT-nin növbəti onilliyi nə gətirə bilər; onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır; strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır; daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərqi Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq.

Azərbaycan çox vaxt neft və təbii qazla əlaqələndirilir. Enerji qaynaqlarımızın əhəmiyyətinin yeni bir elementini təqdim edəcəyəm. Birincisi, təbii qazımız çirkləndirici kömürdən daha təmiz bir qalıq yanacağı molekuludur. İkincisi, təbii qazımız Aİ-nin ekoloji cəhətdən dost və enerji səmərəliliyini artırmaq kampaniyasında onun üçün ideal keçid yanacağı rolunu oynaya bilər. Bu iqlim siyasətinin məqsədlərinə də aiddir. Beləliklə, Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir. Görürsünüz, bu həm ticarət, həm rabitə (infrastruktur), həm də ətraf mühit məsələsidir.

Bağlılıq Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır. Bu gün o, sabitlik mənbəyi və tərəfdaş ölkələrdə dayanıqlılığı gücləndirmək üçün bir vasitədir. Bu mövzu sərmayələri, maliyyə qurumlarını, özəl sektoru diqqəti cəlb edir. Bu həmçinin ticarət, yaradıcı bir ticarət deməkdir. Proteksionizm deyil. Aİ tərəfindən beynəlxalq çoxtərəfli təşəbbüsün - Avropa Bağlılıq Forumunun irəli sürülməsi Azərbaycanın və müxtəlif qitələrdə daha geniş bağlılıq məqsədlərinə çatmaq yolunda olan ölkələrin mühüm rolunu müəyyənləşdirir.

Bəlkə də Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Beləliklə, Azərbaycandan Aİ şirkətlərinə rəqabət çox deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar. Müqavilələrə hörmət etdiyimiz üçün qürur duyuruq. Müqavilələrin yüksək dərəcədə saffaflığı var. Təbii sərvətlərimizlə dünyaya açıldığımız 1994-cü tarixli "Əsrin Müqaviləsi" ilə bu işi bacardıq. Ölkəmizi Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə yenidən bunu edəcəyik. Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə / investisiya rejimindən faydalana bilər? Bu olduqca uzun müddətdir. Bu böyük bir öhdəlikdir. Həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir. Hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir. Bir çox Aİ iş adamı və investorunun bu məqsədlə Azərbaycanı seçməsi təsadüfi deyil. Əslində Aİ bizim bir nömrəli ticarət və investisiya tərəfdaşımızdır.

Şübhəsiz ki, fiziki qarşılıqlı əlaqə öz-özünə təmin olunmur, onların kommersiya baxımından təmin edilməsi eyni dərəcədə vacibdir. Bu məqsədlə, Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsi ilə artan ticarəti təmin etmək üçün Azərbaycan Orta Asiya ölkələri ilə tariflərin birləşdirilməsi üzərində işləyir. Biz Aİ-nin bu regional magistral layihəni dəstəklədiyini və Aİ ölkələri ilə gələcək əlaqələrin perspektivini qiymətləndiririk. Avstriya, Almaniya, Macarıstan və digər Avropa İttifaqı ölkələrindən olan bir neçə böyük logistika şirkətinin Asiya ilə Avropa arasında yük daşınması üçün bizimlə birgə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə istəkli olmaları təəccüb doğurmur.

Prezident Tusk Azərbaycana son səfərində təsdiqlədi ki, Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirmək üçün böyük addımlar atılıb və ölkənin həm şimal, həm də cənub qonşularına olan ambisiyalarını qeyd etdi. Xəritədə öz adımızı belə qoyduq - Azərbaycan nəinki çox milyardlıq Cənub Qaz Dəhlizinin təminatçısı, həm də Avropa ilə Asiyanın müxtəlif hissələri arasında bir neçə ticarət dəhlizini təşviq edən ölkədir.

Ancaq bununla da dayanmırıq; ölkədə maliyyə, iqtisadi, sosial və ekoloji sabitliyi təmin etməklə daha çox investisiya üçün ilkin şərtləri həyata keçiririk. Dünya Bankının 2020-ci il üçün "Doing Business" hesabatında Azərbaycan biznesə başlamaq baxımından 9-cu, kredit / maliyyə imkanlarına görə 1-ci yeri tutması təəccüblü deyil.

Kiçik və orta sahibkarlığın (KOS) inkişafı, ehtimal ki, davamlı iqtisadi inkişaf və vətəndaşlarımızın rifahının yüksəldilməsi üçün əməkdaşlığımızın təməl nöqtəsi olaraq qalacaqdır. Biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü iqtisadi islahatlar, o cümlədən məhdud qiymət nəzarəti, mənfəətin geri qaytarılması və texnologiyanın ötürülməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, milli və xarici investorlar arasında ayrıseçkiliyin olmaması, xarici valyuta ilə bağlı məhdudiyyətlərin olmaması və xarici investisiyalar üçün əvvəlcədən icazə verilməməsi Azərbaycanda KOS-lar üçün əlverişli şərait yaradır.

Avropa İttifaqının "ABAD" İctimai Birliyi ilə sıx əməkdaşlıq edərək bölgələrdə kiçik ailə biznesinə dəstəyi kənd yerlərində yerli potensialın artırılmasına çalışır, Azərbaycanda müasir və davamlı biznes modellərinin formalaşmasına kömək edir. Bu islahatlar öz bəhrəsini verməyə başladıqca, mövcud işçi qüvvəsi ilə biznesin ehtiyacları arasındakı fərq böyük diqqətə layiqdir. Beləliklə, Aİ-nin gələcək illərdə peşə təhsili və işçi qüvvəsinin istedad portfelini gücləndirməsinə dəstəyini məmnuniyyətlə qarşılayacağıq.

Bizim prioritetimiz neft və qazdan kənar şaxələndirməni təmin etmək və bununla turizm, KOS inkişafı, logistika, yüksək texnologiya və kənd təsərrüfatına daha çox investisiya qoymaqdır.

İqtisadiyyatın rəqəmsallaşdırılması, Şərq Tərəfdaşlığında rəqəmsal bazarların uyğunlaşdırılması üçün istifadə olunmamış potensialın böyük toplusunu təmsil edən Rəqəmsal Ticarət Mərkəzinin tətbiqi ilə tam sürətlə davam edir. Aİ şirkətləri rəqəmsal xidmətlərin mərkəzləşdirilməsini və bütün dövlət qurumlarının informasiya sistemlərinin vahid elektron platformaya tam inteqrasiyasını təmin edən ASAN-ın səmərəliliyini tanıdılar. Digər tərəfdən, bu sektorda davam edən islahatlar müvafiq olaraq vətəndaşların dövlətə etimadının ilkin şərtlərinə xidmət edən düzgün idarəetməni yaxşılaşdırır".