Neft Daşları SOCARın illik neft və qaz hasilatının 70 faizini təmin edir


Digərləri 05 Noy 2019 16:26:00 305 0

Neft Daşları SOCARın illik neft və qaz hasilatının 70 faizini təmin edir

SOCAR-ın illik neft və qaz hasilatının 70 faizi Neft Daşlarından daxil olur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.

O bildirib ki, burada hasil olunan neft 70 kilometrlik boru kəməri ilə Dübəndi terminalına nəql olunur və daha sonra təyinatı üzrə ya ixraca, ya da emala yönəldilir.

Onun sözlərinə görə, "Günəşli" yatağında və "Çıraq 1" platformasında hasil olunan təbii qazın qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsilə həyata keçirilir.