Azərbaycan əqli mülkiyyətin qorunması üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb


Digərləri 05 Noy 2019 16:42:02 218 0

Azərbaycan əqli mülkiyyətin qorunması üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Əqli mülkiyyətin qorunması” göstəricisində 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb

Bakı. Nərgiz Sadıxova - Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Əqli mülkiyyətin qorunması” göstəricisində 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Portuqaliya (32-ci yer), Çexiya (34-cü yer), Sloveniya (38-ci yer) kimi ölkələri qabaqlayıb. Azərbycan reytinqdə həmçinin qonşu ölkələri də qabaqlayıb. Belə ki, bu siyahıda Türkiyə 87-ci, Rusiya 90-cı, Gürcüstan 94-cü, İran isə 136-cı yeri tutub.