“Mastercard” jurnalistlər üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi (FOTO)


Digərləri 05 Noy 2019 15:15:00 200 0

“Mastercard” jurnalistlər üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi (FOTO)

“Mastercard” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə media nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi.

Bakı. “Mastercard” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə media nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi. Media təlimdə “Mastercard”ın ekspertləri Mithat Perkoz və Murat Durmaz rəqəmsal ödənişlər və innovativ texnologiyalar, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və bu sahədə təhlükəsizlik, həmçinin innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlarla çıxış etdilər. Təlimin sonunda seminara qatılmış 30-a yaxın jurnalistə şirkət tərəfindən sertifikatlar təqdim olundu.