Xoşqədəmin verilişində bahalı ətir davası


Digərləri 05 Noy 2019 15:09:00 486 0

Xoşqədəmin verilişində bahalı ətir davası

Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında Vəfa adlı şikayətçi ilə ekspert, vəkil Tahir Əlirzayev arasında mübahisə düşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, 4 övladını internat məktəbinə qoymaq istəyən anaya vəkil sərt reaksiya verib. X.Hidayətqızı Vəfadan hansı ətirdən istifadə etdiyini soruşub. Qadının "Chanel" deməsi studiyada etirazlara səbəb olub.

Ekspertin "200 manatlıq "Chanel" vurur, amma uşaqlarını saxlamır" sözləri qarşı tərəfi özündən çıxarıb.

Qadın "Uşağımı indiyənə kimi siz saxlamısınız? Burada ətirin, geyimin nə aidiyyəti var? Siz niyə bu tonla danışırsınız? Uşağımı atmıram, internat məktəbinə qoyuram ki, təhsil alsınlar" cavabını verərək, studiyadan getmək istəyib.