Fatimə həyat yoldaşına görə intihara cəhd edib


Şou-biznes 05 Noy 2019 14:37:00 288 0

Fatimə həyat yoldaşına görə intihara cəhd edib

Həyatımdan kitab yazsam, gərək onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman olardım ki, oturardım, pul oradan-buradan gələrdi.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Lider maqazin" proqramında rəqqasə Fatimə Fətəliyeva söyləyib.

Sənətçi bildirib ki, həyat yoldaşı Xəyala olan sevgisi onu intiharadək sürükləyib:

"Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib".